08.02.2016
Gündəm
Aeroporta gedən avtobusların qrafiki açıqlandı - CƏDVƏL
“BakuBus” MMC-yə məxsus, hava limanından “28 May” metrostansiyası istiqamətində hərəkət edən ekspress avtobusların hərəkət qrafiki açıqlanıb.
Сars-az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib. Qeyd edək ki, ekspress avtobuslar 24 saat fəaliyyət göstərir. Hava limanı və “28 May” metro stansiyasından çıxış intervalı 1 saat nəzərdə tutulub. Mənzil başına 30 dəqiqəyə çatmaq mümkündür. Marşrutla gediş haqqı bir istiqamətdə 1 manat 30 qəpik təşkil edir və ödəniş ancaq kartla qəbul edilir.