04.11.2015
Gündəm
Taksi sürücüsünü soydular
Bakının Sabunçu rayonunda taksi sürücüsü quldurluqla üzləşib.
Cars-az xəbər verir ki, hadisə rayonun Pirşağı qəsəbəsində qeydə alınıb.
Məlumata görə, Sabunçu qəsəbəsində iki nəfər naməlum şəxs taksi fəaliyyəti ilə məşğul olan Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Ayaz Mahmudovun maşınına əyləşiblər və onları Pirşağı qəsəbəsinə aparmalarını istəyiblər.
Ayaz Mahmudov da onları həmin ünvana aparıblar. Orada həmin şəxslər bıçaqla Ayaz Mahmudova hədə-qorxu gəliblər və pulunu, mobil telefonunu alaraq oradan uzaqlaşıblar.
Ayaz Mahmudov quldurluqla üzləşməsi barədə Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinə məlumat verib. Hazırda cinayəti törədən şəxslərin müəyyən edilərək həbs edilməsi istiqamətində əməliyyat tədbirləri görülür.