Yol polisini döyənlərin işi prokurorluğa göndərildi
Bakının Nərimanov rayonunda yol polisinin əməkdaşlarına zorakılıq edilib. Cars-az xəbər verir ki, hadisə rayonun Azadlıq prospekti 149 ünvanında baş verib. Məlumata görə, Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Eldəniz Nazim oğlu Musayev idarə etdiyi “Mercedes” markalı avtomobili idarə edərkən təhlükəsizlik kəmərini bağlamadığı üçün Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları – 1990-cı il təvəllüdlü Elşən Babayev və 1981-ci il təvəllüdlü Famil Əliyev tərəfindən saxlanılıblar. Həmin vaxt Eldəniz Musayev və onun sərnişini, 1987-ci il təvəllüdlü Orxan Yaşar oğlu Haqverdiyev yol polisinin əməkdaşlarına qarşı zorakılıq ediblər. Sürücü və sərnişini polis əməkdaşlarını döyərək, onlara xəsarət yetiriblər. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsində təhqiqat araşdırması aparılıb. Hadisəyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Nərimanov Rayon Prokurorluğuna göndərilib.