04.11.2015
Gündəm
Sürücülərin nəzərinə! 4-cü mikrorayon dairəsinə giriş bağlandı
Bakının 4-cü mikrorayon dairəsinə iki tərəfdən giriş bağlandı. Cars-az-ın Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən verdiyi məlumata görə, təmir işləri ilə əlaqədar olaraq 4-cü mikrorayon dairəsinə 20 Yanvar və Cavadxan küçələrindən giriş bağlıdır. Sürücülərə alternativ olaraq Mir Cəlal və Hüseyn Seyidzadə küçələrindən istifadə etmələri tövsiyə olunur.