«Kamaz»ı oğurlayıb doğradılar

«Kamaz»ı oğurlayıb doğradılar

Avtomobil qaçırmaqda şübhəli bilinən şəxs tutulub. Daxili İşlər Nazirliyindən Cars-az-a verilən xəbərə görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Nərimanov Rayon Polis İdarəsi 17-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Eşqin Həsənova və Elnur Mürsəlova məxsus “Kamaz” markalı avtomobilləri qaçırmış Oğuz rayon sakini Eldəniz Məmmədov saxlanılıb. E.Məmmədovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun, E.Həsənova məxsus “Kamaz” markalı avtomobili Şəki rayon sakini Emin Əliyevə 5500 manata satması, E.Əliyevin isə avtomobili hissələrə bölməsi müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə E.Əliyev də tutulub.

Cars-az

Dostlarınla paylaş


Şərhlər


Top