Sürücülərin diqqətinə: bu yolları buz bağlayıb

Sürücülərin diqqətinə: bu yolları buz bağlayıb

Sürücülərin diqqətinə: bu yolları buz bağlayıb

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bu saata respublikanın avtomobil yollarında olan son vəziyyətlə bağlı məlumatı açıqlayıb. Cars-az xəbər verir ki, BDYPİ-dən APA-ya verilən məlumata görə, ötən gündən yağan güclü qar respublikanın bəzi avtomobil yollarında buzlaşmaya səbəb olub: “Hazırda Siyəzən- Dəvəçi, Quba-Qusar-Xaçmaz , Yevlax-Zaqatala, Ağsu aşırımı, Muğanlı-İsmayıllı,Cəlilabad-Masallı, Lənkəran-Lerik, istiqamətlərində yolun müəyyən hissələrində buzlaşma var. Müvafiq qurumlar yolun qardan təmizlənməsi istiqamətində iş aparır”.

BDYPİ-dən Bakı-Qazax və Bakı-Şamaxı yollarında nəqliyyatın hərəkətinin normal olduğu bildirilib.

BDYPİ bu cür havalarda nəqliyyat vasitələrindən təcrübəsi çox olan və avtomobili texniki cəhətdən normal olan sürücülərin yola çıxmasını tövsiyə edib.

Dostlarınla paylaş


Şərhlər


Top