04.11.2015
Gündəm
Bakıda sürənlərə xəbərdarlıq: Bu yollar təhlükəlidir!
Paytaxt Bakının Badamdar şossesi, Zərdabi prospekti, Avtovağzalın qarşısından Biləcəri istiqamətində yollar sürüşkən və təhlükəlidir. Sürücülərdən bu istiqamətlərdə hərəkət edərkən ehtiyatlı olmaları xahiş olunur. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Cars-az-a verilən məlumata görə, paytaxtın enişli-yoxuşlu bütün yolları hazırda təhlükəlidir: “Kameralardan ən çox avtomobil sıxlığı müşahidə edilən yolların adlarını qeyd etdik. Təbii ki, şəhərdən bir qədər kənardakı yollarda vəziyyət daha təhlükəlidir”.
Emin