09.02.2016
Gündəm
Sürücülərə XƏBƏRDARLIQ
Sərxoş vəziyyətdə avtomobil idarə olunmasına görə cərimələr artırılacaq. Сars-az xəbər verir ki, bu barədə publika.az-a məlumat verən yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib ki, bu qayda pozuntusuna görə cərimənin məbləği 100 manat artırılaraq 400 manat müəyyən edilib. Qeyd edək ki, hazırda qüvvədə olan İXM-in 152-1.1-ci maddəsinə əsasən, sürücülük hüququ olan şəxs sərxoş vəziyyətdə avtomobili idarə edərsə, 300 manat miqdarında cərimə edilir və ya sürücülük hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılır.