Qadınlar üçün taksi xidməti - YENİLİK

Qadınlar üçün taksi xidməti - YENİLİK

Türkiyənin Ankara şəhərində qadınlar üçün yeni taksi xidməti fəaliyyətə başlayıb. Сars-az atv.az-a istinadən xəbər verir ki, kişi sürücülərlə eyni nəqliyyat vasitəsinə əyləşmək istəməyən, o cümlədən qısqanc ərləri olan qadınları mənzil başına elə öz həmcinsləri çatdıracaq. Qadınlar yeni taksi xidmətinin fəaliyyətindən çox razıdır. Özlərini bu taksilərdə rahat hiss etdiklərini deyən zərif cinsin nümayəndələri Türkiyənin digər şəhərlərində də bu cür taksi xidmətinin istifadəyə verilməsini, hətta yalnız qadınlara xidmət edəcək avtobusların da xəttdə buraxılmasını təklif edirlər.

Dostlarınla paylaş


Şərhlər


Top