Şəfa Mehmanqızıya yeni vəzifə verildi

Şəfa Mehmanqızıya yeni vəzifə verildi

Prezident İlham Əliyevin 2015-ci ilin dekabrın 21-dəki fərmanı ilə yeni yaradılan, Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyinatı olub. Сars-az xəbər verir ki, Agentliyin baş direktoru Vüsal Kərimlinin müvafiq əmri ilə bu vazifəyə Şəfa Mehman qızı Cəbiyeva (Şəfa Mehmanqızı) təyin edilib.

Faktı milli.az-a açıqlamasında Şəfa Mehmanqızının özü də təsdiq edib: "Bəli, bu xəbər doğrudur. Yeni vəzifəmin icrasına dünən, fevralın 18-dən başlamışam. Çalışacağam ki, yeni vəzifəmdə də mənə göstərilən etimadı doğruldum".

Qeyd edək ki, Şəfa Mehmanqızı 3 il yarımdan çox müddətdə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) ictimaiyyətlə əlaqələr şöbəsində mütəxəssis, daha sonra şöbənin rəhbəri kimi çalışıb. Bu il yanvarın 25-də isə öz ərizəsi ilə işdən azad olunub.

Ondan daha əvvəl isə Ş.Mehmanqızı 2013-cü ilin iyun ayınadək Xəzər Televiziyasında "Bizim gün" səhər proqramının aparıcısı kimi fəaliyyət göstərib.

Dostlarınla paylaş


Şərhlər


Top