19.02.2016
Gündəm
Moskva-Qəbələ aviareysi təxirə salındı
Moskvanın "Domodedovo" hava limanından Qəbələ istiqamətində həyata keçirilməli olan təyyarə reysi təxirə salınıb. Сars-az report-a istinadən xəbər ki, "NN 433" saylı reys ilə uçmalı olan sərnişinlər bu gün saat 10:30-da Rusiyadan çıxmalı və 14:00-da Azərbaycanda eniş etməli idilər. Reys "VİM-Avia" şirkətinə məxsus "Boeing 757-200" təyyarəsi ilə həyata keçiriləcəkdi.