Sərnişin avtobusu gülləbaran edildi

Sərnişin avtobusu gülləbaran edildi

İyunun 2-si axşam saatlarında Rusiyanın Saratov şəhərində şəhərdaxili sərnişin avtobusu atəşə tutulub. Musavat.com "Versiya Saratov" informasiya agentliyinə istinadən xəbər verir ki, hadisə şəhərin mədəniyyət və istirahət parkının yaxınlığında baş verib. Məlumata görə, atəş avtobusun yaxınlığından keçən minik maşınından aşılıb. Hadisə nəticəsində sərnişinlər arasında güllə yarası alanların olmadığı bildirilir. Lakin bir neçə nəfər avtobusun sınan şüşəsinin qırıqlarından xəsarət alıb.

Dostlarınla paylaş


Şərhlər


Top