04.11.2015
Gündəm
Məşhur televiziya aparıcısının maşını soyuldu
Moskvada məşhur televiziya aparıcısı Kseniya Borodinanı soyublar. Naməlum şəxslər "Dom-2" verilişinin aparıcısının avtomobilindən pul və sənədləri oğurlayıblar. Kseniya Borodina Ramenki rayonu polis bölməsinə "Range - Rover-Sport" markalı avtomobilindən oğurluq olunduğu haqda ərizə yazıb. Teledivanın sözlərinə görə, cinayətkarlar maşının salonuna giriblər və 15 min rubl və şəxsi sənədləri bardaçokdan götürüblər. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Fidan