Sakinlərin dənizə gedən yolu özəlləşdirilib

Sakinlərin dənizə gedən yolu özəlləşdirilib

Sakinlərin dənizə gedən yolu özəlləşdirilib

Qaradağ rayon, Səngəçalbağ massiviərazisindəkibağ sahibləriistirahətəgəlmələrinəpeşimanolublar. ANS TV-nin məlumatına görə, qarşılaşdıqları mənzərə onları həm təccübləndirib, həm də qəzəbləndirib. Dənizə gedən yollarına divar hasar çəkilib. Bunu bağ sahibləri deyir. Onların sözlərinə görə, əvvəllər də belə hal yaşanıb. Ancaq elə bağ sahiblərinin köməyilə də hasar dağıdılaraq yol bərpa edilib. Kənd əhli öz hesablarına yola çınqıl tökərək yararlı vəziyyətə gətiriblər. Yaxınlıqdakı evlərin dənizə tək çıxış yolu da məhz bu zolaqdır. Sakinlər deyir ki, naməlum şəxslər tərəfindən yola yenidən beton lövhələrlə sədd çəkilib. İndiki halda isə dənizə getmək istəyənlər xeyli yol qət etməlidir ki, bu da avtomobili olmayan şəxslər üçün böyük probleməçevrilib.

Ərazinin kadastr sənədlərində də hazırda bağlanan ərazinin əvvəllər yol olduğu aydın görünür. Ancaq fakt budur ki, hasar çəkilib və sakinlər də narazıdır. Məsələ iləəlaqədar Qaradağ Rayon İcra hakimiyyətinə yollandıq. Qəsəbə nümayəndəsi Elnur Allahverdiyev bildirdi ki, ərazi sahibi həmin hissənin özəlləşdirilməsilə bağlı müraciət edib və sənədləşdirilərək bağ sahibinin ixtiyarına verilib.

Qurum rəsmisi onu da əlavə etdi ki, hasar çəkilən hissə yol deyil. Ancaq hər halda sakinlər bu günə kimi həmin yoldan istifadə ediblər. Vəözlərinin dediyi kimi el yolu olub. Fakt isə faktlığında qalır. Bundan sonra sakinlər altenativ yola alışsalar yaxşı olar, uzaq olsa belə.

Dostlarınla paylaş


Şərhlər


Top