Sabahın hava proqnozu -  Sulu qar və qar yağacaq

Sabahın hava proqnozu -  Sulu qar və qar yağacaq

Sabahın hava proqnozu -  Sulu qar və qar yağacaq

Bakı və Abşeron yarımadasında yanvarın 9-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Cars-az-a verilən xəbərə görə, səhər bəzi yerlərdə zəif duman olacağı, axşam yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında və Bakıda gecə 3-5 dərəcə isti, gündüz 7-9 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah hava arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, yağacağı, duman olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 0-5 dərəcə isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 7-12 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti olacağı gözlənilir.

Bildirək ki, sabah Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli yüksəlməsi və Xəzri küləyinin güclənməsi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Dostlarınla paylaş


Şərhlər


Top