08.01.2016
Gündəm
Formula 1-də önəmli razılaşma
Formula 1-in tarixi komandalarından olan və son 2 mövsümü 3-cü yerdə bitirən "Uilyams" komandası Finlandiyanın məşhur şirkətlərindən olan "Wihuri" ilə yenidən müqavilə bağlayıb.
Cars-az xəbər verir ki, komandanın finlandiyalı pilotu Valtteri Bottasın gətirdiyi sponsorlardan olan "Wihuri" ilə müqavilənin müddəti 2015-ci ilin sonunda bitmişdi.
Yeni müqaviləyə əsasən, şirkərin loqotipi pilotların dəbilqəsində və geyimində, eyni zamanda FW38 adlandırılacaq 2016-cı ilin bolidinin ön qanadında əks olunacaq.