Ramil Usubov nazirin qardaşı oğlunu işdən çıxardı

Ramil Usubov nazirin qardaşı oğlunu işdən çıxardı

Ramil Usubov nazirin qardaşı oğlunu işdən çıxardı

Azərbaycanın daxili işlər orqanlarında kadr dəyişikliyi olub. Cars-az “report”a istinadən xəbər verir ki, Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinin (PB) rəisi, polis polkovnik-leytenantı Natiq Camalov işdən çıxarılaraq sərəncama götürülüb.

Onun yerinə hələ təyinat olmayıb. 9-cu Polis Bölməsinin rəisi vəzifəsi müvəqqəti olaraq rəis müavini, polis mayoru Amil Qurbanova tapşırılıb. Qeyd edək ki, N.Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı oğludur.

Dostlarınla paylaş


Şərhlər


Top