Notice: getimagesize(): Read error! in /sites/cars-az.com/system/library/image.php on line 35Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 37Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 38 Sabah leysan yağışlar olacaq
Sabah leysan yağışlar olacaq

Sabah leysan yağışlar olacaq

Bakıda havanın maksimal temperaturu 26 dərəcə isti olacaq, rayonlarda isə leysan yağış gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Cars-az-a verilən məlumata görə, sentyabrın 17-də Bakı və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə isə arabir yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu Abşeronda gecə 19-22, gündüz 23-26 dərəcə isti olacaq.

Bakıda isə gecə 20-22, gündüz 24-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 17-də şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Axşam bəzi yerlərdə yağış leysan xarakterli olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 24-28, dağlarda gecə 9-14, gündüz 16-21 dərəcə isti olacaq.

Dostlarınla paylaş


Şərhlər


Top