Notice: getimagesize(): Read error! in /sites/cars-az.com/system/library/image.php on line 35Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 37Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 38 Rayonlara gediş haqları bahalaşdı
Rayonlara gediş haqları bahalaşdı

Rayonlara gediş haqları bahalaşdı

Bakı Avtovağzalından rayonlara sərnişin daşıyan fərdi minik avtomobillərinin sürücüləri bölgələrə gediş haqlarını artırıblar.

Cars-az publika.az-a istinadən xəbər verir ki, Lənkəran, Göyçay, Ucar, Qazax, Şamaxı, habelə digər şəhər və rayonlara gediş haqları 2 manat artıb. Xaçmaz, Quba, Qusar və digər rayonlara isə gediş haqları 1 manat bahalaşıb. Fərdi avtomobillərin sürücüləri dünəndən etibarən Göyçaya, Ucara gedən sərnişinlərdən 12 manat (əvvəlki qiymət 10 manat idi) tələb ediblər.

Gediş haqlarının bahalaşması Sumqayıt-Bakı istiqamətində hərəkət edən fərdi minik vasitələrində də müşahidə edilib. Belə ki, Sumqayıtdan Bakıya sərnişin daşıyan taksi sürücüləri də gediş haqlarını 2 dəfə artırıblar. Sərnişinlər dünən və bu gün Sumqayıtdan Bakıya gəlmək üçün 2 manat (sentyabrın 15-ə qədər gediş haqqı 1 manat idi) gediş haqqı ödəməli olublar.

Fərdi minik avtomobilləri sürücülərinin gediş haqlarını artırmaları dünəndən etibarən rayon qeydiyyatında olan avtomobillərin səhər saat 7-dən gecə saat 00:00-a qədər paytaxta girişinə qadağa qoyulması ilə əlaqələndirilir.

Dostlarınla paylaş


Şərhlər


Top