04.11.2015
Gündəm
Ermənilərin daha bir pilotsuz uçan aparatı məhv edildi
Ermənistan Silahlı Qüvvələrinin növbəti pilotsuz uçan aparatı məhv edilib. Cars-az-a Müdafiə Nazirliyindən daxil olan məlumata görə, cəbhənin Ağdam rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus ilkin ehtimala görə "Krunk-25" tipli taktiki pilotsuz uçan aparatı (PUA) Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə bölmələri tərəfindən aşkar olunaraq atəş nəticəsində məhv edilib.
Cavid