Sabah Bakıda 37 dərəcə isti olacaq

Sabah Bakıda 37 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir. Bu barədə Cars-az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Məlumata əsasən, avqustun 13-də paytaxtda mülayim şimal-qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 23-26, gündüz 33-38, Bakıda gecə 23-25, gündüz 35-37 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacaq.

Dostlarınla paylaş


Şərhlər


Top