04.11.2015
Gündəm
"Sahil" və "İçərişəhər" metro stansiyaları bağlandı - DİQQƏT
"Bakı Metropoliteni" ASC-nin “Sahil” və “İçərişəhər” stansiyaları bağlanıb. Metropolitendən Cars-az verilən məlumata görə, “Həzi Aslanov” - “İçərişəhər” xəttində yerləşən “Sahil” stansiyasının tunelində axma sularında artım müşahidə olunub. "Hər hansı təhlükə yaşanmaması üçün təmas reyslərindən gərginlik ayrılıb. Yaranan vəziyyəti aradan qaldırmaq üçün “Həzi Aslanov” -“İçərişəhər” istiqamətində hərəkət edən qatarlar “Nizami” stansiyasına keçirilib və oradan geri qaytarılır.
"Bakı Metropoliteni"ndən qısa müddətdə hərəkətin bərpa olunacağı bildirilir.