Rüşvətə görə tutulan polis rəisi xəstəxanaya yerləşdirildi

Rüşvətə görə tutulan polis rəisi xəstəxanaya yerləşdirildi

Rüşvətə görə tutulan polis rəisi xəstəxanaya yerləşdirildi

Rüşvət almaqda şübhəli bilindiyinə görə saxlanılan Moskvanın “Vnukovo” aeroportunun polis şöbəsinin rəisi İqor Kukuşkin xəstəxanaya yerləşdirilib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, onun xəstəxanaya yerləşdirilməsinin səbəbi qəfil ürək tutması olub. Onun barəsində qəti-imkan tədbirinin seçilməsi məsələsinə həkim müayinəsindən sonra baxılacaq.

Qeyd edək ki, Kukuşkin qadağan olunmuş yüklərin ölkə daxilinə keçirilməsi üçün 4 min dollar rüşvət götürməkdə şübhəli bilinərək saxlanılıb. Bundan əvvəl Kukuşkinlə cinayətdə əlbir olan Aleksey Boqdanov iki ay müddətinə həbs olunub.

Dostlarınla paylaş


Şərhlər


Top