Metroda oğruluq edən qadın ələ keçdi

Metroda oğruluq edən qadın ələ keçdi

Bakı metrosunda oğurluqda şubhəli bilinən qadın tutulub.

Сars-az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, oğurluq hadisəsi martın 2-də baş verib.

Belə ki, martın 2-də Ülkər Tarverdiyevaya və Şəhla Əliyevaya məxsus ümumilikdə 76 manat oğurlanıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 2-də 76 manat oğurlamış Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Turac Məmmədova tutulub.

Saxlanılan zamanı, ondan 0,207 qram heroin götürülüb.

Araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top