"BMW X5" avtobusla toqquşdu  - Yaralılar var

"BMW X5" avtobusla toqquşdu  - Yaralılar var

"BMW X5" avtobusla toqquşdu  - Yaralılar var

Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib. Сars-az-ın APA-ya istinadən məlumatına görə, hadisə Bakı-Sumqayıt yolunun Ceyranbatan ərazisindən keçən hissəsində qeydə alınıb. "BMW X5" markalı minik avtomobili sərnişin avtobusu ilə toqquşub. Qəza nəticəsində BMW-nin sürücüsü, 1986-cı il təvəllüdlü Zöhrab Əliyev və avtobusun sürücüsü, 1985-ci il təvəllüdlü Seymur Babayev xəsarətlər alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı yol polisi tərəfindən araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top