Ağır qəzaya səbəb olan avtobus sürücüsü yaxalandı

Ağır qəzaya səbəb olan avtobus sürücüsü yaxalandı

Ağır qəzaya səbəb olan avtobus sürücüsü yaxalandı

Bu gün paytaxtın Nizami rayonu ərazisində, metronun Qara Qarayev stansiyası yaxınlığında qəza törədən 62 saylı sərnişin avtobusunun sürücüsü Anar İsmayılov saxlanılıb. DİN-in mətbuat xidmətindən Сars-az-a verilən məlumata görə, Nizami Rayon Polis idarəsində sürücünün izahatı alınıb. Hadisə ilə bağlı Cinayət məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq cinayət işi başladılıb. İstintaq hərəkətlərı davam etdirilir.

Qeyd edək ki, bu gün baş verən qəza nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb. Hadisəyə səbəb olan avtobusun sürücüsünün isə qəzadan sonra hadisə yerindən qaçdığı bildirilirdi.

Fidan

Dostlarınla paylaş


Şərhlər


Top