24.02.2016
Gündəm
Anar Məmmədovun sığorta şirkəti ləğv edildi
“Qarant Sığorta” Açıq Səhmdar Cəmiyyəti (VÖEN:1401165061) ləğv olunduğunu elan edir. Сars-az-ın modern.az-a istinadən xəbərinə görə, bu barədə Vergilər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, kreditorlar tələblərini Bakı şəhəri, Sarabski küçəsi, məhəllə 657, Garant Holdinq binasının 6-cı mərtəbəsi ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “Qarant Sığorta”nın təsisçisi nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdur.