19.01.2016
Gündəm
"BakuBus"ın avtobuslarının hərəkət istiqaməti dəyişir
20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar olaraq Şəhidlər xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Сars-az xəbər verir ki, bu barədə "BakuBus" MMC-nin mətbuat katibi Nuridə Allahyarovanın verdiyi xəbərə görə, buna müvafiq olaraq "BakuBus"a məxsus avtobusların hərəkət istiqamətində də dəyişiklik olacaq. “Şəhidlər Xiyabanı istiqamətində hərəkətdə olan "BakuBus"a məxsus 3 və 6 saylı marşrut xətlərimiz Respublika İncəsənət Gimnaziyasına qədər hərəkət edəcəklər”, - deyə N.Allahyarova bildirib.