04.12.2015
Gündəm
Quba-Xınalıq yolu təmizləndi
Quba-Xınalıq yolu artıq qardan təmizlənib və nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. Cars-az xəbər verir ki, bu barədə Azərbaycan Nəqliyyat Nazirliyi “Azəryolservis ASC”dən bildiriblər.
Məlumata görə, yolun 3 yerində baş vermiş qar uçqunları aradan qaldırılıb. Yolun enişli-yoxuşlu yerlərinə, sərt döngələrə və digər zəruri yerlərə qum-duz qarışığı səpilib.
Sürücülərdən xahiş olunur ki, həmin yoldan istifadə edərkən ehtiyyatlı olsunlar. Quba-Xınalıq yolunda qar uçqunu baş vermə ehtimalı qalmaqdadır. Bundan başqa yola çıxarkən nəqliyyat vasitəsinin sazlığını yoxlasınlar və “qış” təkərlərindən, təkərlər üçün xüsusi zəncirlərdən istifadə etsinlər.