27.01.2016
Gündəm
Qarlı-şaxtalı hava Salyan rayonunda bir sıra fəsadlar yaradıb
Qarlı-şaxtalı hava Salyan rayonunda bir sıra fəsadlar yaradıb. Сars-az "report"a istinadən xəbər verir ki, ötən gündən başlayaraq Salyanda yağan qarın qalınlığı 15 santimetrə çatıb. Yollar buz bağladığından nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Gecə saat 02:00 radələrində isə elektrik naqillərinin birində baş verən nasazlıq rayonun Plastik yaşayış massivini işıqsız qoyub. Elektrik naqili bərpa edilərək yaşayış massivinə enerjinin verilişi bərpa olunsa da, sakinlər beş saat işıqsız qalıb.