27.01.2016
Gündəm
Dayancaqda qəfil öldü
Gəncə şəhər sakini dayancaqda ürək tutmasından keçinib. Hadisə şəhərin Heydər Əliyev prospektində, Dəmir yolu vağzalı yaxınlığında baş verib. Gəncə şəhər sakini, 1962-ci il təvəllüdlü Verdiyev Malik Salman oğlu işdən çıxaraq dayancaqda avtobus gözləyərkən yerə yıxılıb. Ona dərhal tibbi yardım göstərilsə də M.Verdiyevin həyatını xilas etmək mümkün olmayıb. Meyit Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb. Məlum olub ki, Malik Verdiyevin üzərində heç bir xəsarət yoxdur və o ürək tutmasından dünyasını dəyişib.
APA