Qar yağdı: 38 avtomobil yolda qaldı

Qar yağdı: 38 avtomobil yolda qaldı

İranın 5 əyalətinə yağan güclü qar nəticəsində 2 nəfər xəsarət alıb, yolda qalmış 38 avtomobil sahibinə yardım göstərilib.Cars-az xəbər verir ki, bu barədə "mojnews" xəbər saytına İranın Qırmızı Aypara Cəmiyyətinin sözçüsü Mustafa Murtəzəvi deyib.

M.Murtəzəvi bildirib ki, Şərqi Azərbaycan, Ərdəbil, Çahar Mahal və Bəxtiyarı, Zəncan və Lorestan əyalətlərində güclü qar yağıb: "Qarda köməksiz qalmış 200 nəfər xilas edilib, onlardan 2 nəfər xəsarət aldığı üçün ambulator yardım göstərilib".

Qeyd edək ki, yağan güclü qarla əlaqədar Şərqi Azərbaycan əyalətinin bəzi bölgələrində məktəblər də bağlanıb.

Dostlarınla paylaş


Şərhlər


Top