19.11.2015
Gündəm
Benzin ucuzlaşdı
"Brent" markalı neftin qiymətindəki düşüş Türkiyədə özünü benzin qiymətlərində də göstərib. Cars-az xəbər verir ki, bu gecədən Türkiyədə benzinin qiyməti 9 quruş ucuzlaşıb. Bu ucuzlaşma ilə İstanbulda Aİ-95 markalı benzinin litri 4.37 lirədən (1.59 AZN) 4.28 lirəyə (1.56 AZN) düşüb. Həmçinin paytaxt Ankarada Aİ-95 benzinin qiyməti 4.40 lirədən (1.61 AZN) 4.31 lirəyə (1.57 AZN), İzmirdə 4.38 lirədən (1.60 AZN) 4.29 lirəyə (1.56 AZN) düşüb. Bundan başqa dizelin və mazutun qiymətində də 11 quruş (0.04 AZN) ucuzlaşma olub. Türkiyə dünyada benzinin ən baha satıldığı ölkələrdən biridir. Ötən gün birjalarda "Brent" markalı neftin qiyməti 43.57 dollar olaraq müəyyənləşmişdi.