19.11.2015
Gündəm
Prezidentin təyyarəsində qorxulu anlar
“Lufthansa” aviaşirkətinin A320 təyyarəsi Berlin aeroportunda məcburi enmə etməli olub. Frankfurt - Tallin reysini yerinə yetirən təyyarənin bortunda Estoniya prezidenti Toomas Hendrik İlves olub. Təyyarə artıq Polşa sərhədinə yaxınlaşdıqda pilotlar şüşədə çat aşkar ediblər. Qəza şəraiti yarandığından təyyarənin Berlin aeroportuna endirilməsi qərarı qəbul edilib. Bu hadisəni Tallin aeroportunun mətbuat katibi Lauri Linnamyae təsdiq edib. Layner problemsiz yerə enib və heç kim zərər çəkməyib.
anspress