04.11.2015
Gündəm
Qar və güclü yağış yağacaq
Aprelin 11-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Cars-az bildiriblər ki, güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-6, gündüz 7-10 dərəcə isti olacaq. Sabah Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7, gündüz 8-13, dağlarda gecə 0-5 şaxta, gündüz 1-6 dərəcə isti olacaq.
Fidan