04.11.2015
Gündəm
Qadını vurub qaçan sürücü tutulub
Bakıda qadını avtomobillə vuraraq qaçan sürücü tutulub. Cars-az xəbər verir ki , bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.
Belə ki, Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 18-ci Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə avqustun 10-da Dilruba Həşimovanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobilin sürücüsü - Xaçmaz rayon sakini Samir Kərimov tərəfindən törədilməsi müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.