Prokurorun maşınını gülləyə tutdular

Prokurorun maşınını gülləyə tutdular

Gürcüstanın Poti şəhərinin prokuroru Aleksandr Qoquadzenin "Hyundai" markalı avtomobilinə 4 dəfə atəş açılıb. Сars-az xarici mətbuata istinadən xəbər verir ki, atəş açılan zaman avtomobili prokurorun özü idarə edirmiş. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilin sürücü tərəfdəki pəncərəsinin şüşəsi sınıb.

Atəş açan şəxs hadisə yerindən qaçıb.

Dostlarınla paylaş


Şərhlər


Top