04.11.2015
Gündəm
Polkovniklər general oldu
Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama görə, daxili işlər nazirinin müavini, polis general-mayoru İsmət Rəşid oğlu Əliyevə polis general-leytenantı ali xüsusi rütbəsi verilib. Bundan başqa, polis polkovniki Seyfulla Səttar oğlu Əzimova və polis polkovniki Əkbər Arif oğlu Yusifova polis general-mayoru ali xüsusi rütbəsi verilib.