04.11.2015
Gündəm
Polislər qaydanı pozur
Bu fotonu Cars-az saytına oxuculardan biri göndərib. Bildirir ki, foto metronun «Nəriman Nərimanov» stanisyasının yanında çəkilib. Daha dəqiq desək, Nərimanov parkının qarşısında: Oxucu yazır: «Hər iki maşında PPX əməkdaşları oturub söhbet edirlər. Bəzən də yolun əks istiqamətində maşanlırı bu cür saxlayıb deqiqələrlə söhbət edirlər».
Fotodan da göründüyü kimi, hər iki avtomobilin sürücüsü kobud qayda pozuntusuna yol verir. Biri, təhlükəsizlik adacığının üstündə dayanıb və bu dayanma saatlarla ola bilməz. Çünki ora dayanacaq deyil. Digər avtomobil isə yolun hərəkət hissəsində dayanıb ki, bu da qəza həraiti yaradır. İnanırıq ki, aidiyyatı orqanlar bu məsələ ilə bağlı tədbir görəcək.
Cars-az