04.11.2015
Gündəm
Ərdoğanı müşayiət edən avtokarvan zəncirvarı qəza törədib
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanı müşayiət edən avtomobil karvanı zəncirvarı qəza törədib. Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, hadisə Dənizlidə baş verib. Avtomobil karvanı Dənizli hava limanından şəhər mərkəzinə gedərkən, Pamukkala yol qovşağında qəza törədib.
Zəncirvarı qəza zamanı Türkiyə baş nazirinin mühafizə xidməti və mülki vətəndaşlara məxsus 6 avtomobil toqquşub. Olay nəticəsində bir neçə nəfər yüngül yaralanıb. R.T.Ərdoğanı müşayiət edənlər başqa avtomobillərə minərək, yollarına davam ediblər.