Polis təkər oğrusunu tutdu

Polis təkər oğrusunu tutdu

Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 11-də Rusif Tağıyevə məxsus “Mercedes” markalı avtomobilin təkərlərini oğurlamış Bakı şəhər sakini Nemət Məmmədov tutulub.

Cars-az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun aprelin 12-də Tələt Quliyevə məxsus təkər təmiri sexindən 6 ədəd disklə birlikdə avtomobil təkəri və mobil telefon oğurlaması da müəyyən edilib.

Dostlarınla paylaş


Şərhlər


Top