04.11.2015
Gündəm
Putinlə bağlı ziddiyətli açıqlıma; 4 avtomobil 1 qaraja necə yerləşir?
Rusiya prezidenti Vladimir Putinin ötən il qazandığı pulların məbləği açıqlanıb. Cars-az “strateq.az”a istinadən bildirir ki, prezidentin rəsmi saytında açıqlanan sənəddə bu barədə müvafiq rəqəmlər qeyd olunub. Rusiya prezidentinin doldurduğu gəlir deklorasiyasında göstərilib ki, Putinin 2014-cü il yanvarın 1-dən dekabrın 31-dək olan müddət ərzində 7 654 042 rubl gəliri olub.
Bundan başqa Putinin şəxsi mülkiyyətində 1500 kv.m torpaq sahəsi, 77 kv.m-lik mənzil, 18 kv.m qaraj var. Hazırda istifadə etdiyi mülkiyyət isə 153 kv.m-lik mənzil və 18 kv.m-lik qarajdır. Putinin şəxsi avtomobillərinin sayı və adları da açıqlanıb. Prezidentin adında QAZ- M 21, QAZ -M 21-P, “Niva” və “Skif” qoşqusu var.