23.11.2015
Gündəm
PKK polis maşınına hücum etdi - İki yaralı
Türkiyənin Şanlıurfa şəhərində polis avtomobilinə hücum olunub. “Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Sivərək ilçəsində PKK üzvləri 63 A 84407 seriyalı avtomobilə uzunlüləi silahlarla atəş açılıb. Hücum nəticəsində 2 polis əməkdaşı yaralanıb.
Yaralılar Sivərək Dövlət Xəstəxanasına yerləşdirilib, bölgədə araşdırma aparılır.