Qatar relsləri üzərindəki “zibillik” – FOTO 

Qatar relsləri üzərindəki “zibillik” – FOTO 

Qatar relsləri üzərindəki “zibillik” – FOTO 

Bakının Keşlə qəsəbəsində “Şanxay” adlandırılan ərazidə zibil tullantılarını qatar yoluna və ya qatara atmaq demək olar ki, adət halını alıb. Cars-az xəbər verir ki, bu barədə ərazidə yaşayan sakinlər “report”a bildirib ki, rayonun Mənzil Kommunal Təsərrüfat Birliyi (MKTB) qəsəbənin iki yerində zibil qutuları qoyub. Lakin buna baxmayaraq, yolun uzaqlığını bəhanə gətirən qəsəbə sakinlərinin bəziləri zibil tullantılarını qapısının yaxınlığında yerləşən qatar relslərinə və ya hərəkətdə olan qatarlara atırlar.

Qeyd edək ki, "Şanxay" kimi tanınan ərazi ötən əsrin 40-50-ci illərində salınmağa başlayıb. Bir çoxu gecə ilə tikilən evlər qatar relslərinin düz yaxınlığında yerləşir.

Dostlarınla paylaş


Şərhlər


Top