Piyadanı maşın vurub öldürdü; icra başçısı hadisə yerinə gəldi

Piyadanı maşın vurub öldürdü; icra başçısı hadisə yerinə gəldi

Piyadanı maşın vurub öldürdü; icra başçısı hadisə yerinə gəldi

Bu gün Abşeron rayonu, Masazır qəsəbəsində ağır yol qəzası baş verib. Hadisə şahidlərinin Cars-az-a verdiyi məlumata görə, qəsəbə ərazisində məskunlaşan Laçın rayon sakini, 45 yaşlı Rza Rzayevi naməlum avtomobil vurub. Hadisə piyada keçidində baş verib. R.Rzayev zebra ilə yolu keçərkən sürətlə hərəkət edən avtomobil tərəfindən vurulub. Piyada hadisə yerində ölüb. Qəzanı törədən avtomobil isə hadisə yerindən uzaqlaşıb.

Şahidlərin bildirdiyinə görə, hadisə yerinə Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov da gəlib. Hazırda polis qəzanı törədən avtomobilin sürücüsünü axtarır.

Günün sonlarında Abheron rayon Polis İdarəsindən bildirilib ki, hələlik hadisə yerindən qaçan nəqliyyat vasitəsini müəyyənləşdirmək mümkün olmayıb.

Emin

Dostlarınla paylaş


Şərhlər


Top