Bakıda sürücünü döydülər

Bakıda sürücünü döydülər

Bakıda döyülmə faktı qeydə alınıb. Cars-az Kəpəz TV-yə istinadən xəbər verir ki, şəxsi yük maşını ilə müştərilərinə mişar daşı dayışan Qoşqar Əhmədovu Hövsan qəsəbəsində tanımadığı şəxslər döyüb. Müştərisinin sifarişi ilə Hövsan qəsəbəsi 1 saylı Zeytun Sovxozu adlanan əraziyə daş gətirən Qoşqar Əhmədovu həmin ərazidə yaşayan 4 nəfər döyüb.

Döyülən Qoşqar Əhmədovun vəziyyətini həkimlər orta ağır kimi qiymətləndirir. İşin araşdırılması ilə məşğul olan Suraxanı rayon Polisi İdarəsindən verilən məlumata görə, sürücüyə bədən xəsarəti yetirən 4 nəfərin adı artıq məlumdur. Şübhəli şəxslərin ifadələri alındıqdan sonra onların əməlinə hüquqi qiymət veriləcək.

Dostlarınla paylaş


Şərhlər


Top