“Nizami” metrosunun ətrafını su basdı

“Nizami” metrosunun ətrafını su basdı

Bu gün Bakının Yasamal rayonu “Nizami” metrosunun yanında yerləşən kanalizasiya quyusunun sıradan çıxması bir sıra problemlərin yaranmasına gətirib çıxarıb.

Сars-az salamnews-a istinadən xəbər verir ki, saatlarla axan su bütün ətrafa yayılaraq gediş-gəlişi çətinləşdirib. Qeyd edək ki, bir neçə gün öncə də həmin kanalizasiyanın partlaması nəticəsində ətrafa xeyli çirkli su yayılmışdı.

Top