04.02.2016
Gündəm
Bakıda “NAZ-Lifan” oğurlandı
Bakıda “NAZ-Lifan” markalı avtomobil oğurlanıb. Сars-az Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, fevralın 2-də Qaradağ rayonunun Lökbatan qəsəbəsindən İsmayıllı rayon sakini Zülfü Əhmədova məxsus “NAZ-Lifan” markalı avtomobil qaçırılıb.
Avtomobil fevralın 3-də Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən Yasamal rayonu ərazisindəki maşın bazarında aşkar edilib.
Həyata keçirilmiş tədbirlərlə avtomobili qaçırmış Bakı şəhər sakini Camal Məmmədov tutulub.