Bakıda yeraltı dayanacaq tikilir

Bakıda yeraltı dayanacaq tikilir

Bakının Nizami rayonunda, "8-ci kilometr" bazarının yaxınlığında, Naxçıvanski və Elşən Süleymanov küçələrinin kəsişməsində yeraltı dayanacaq tikilir.

Сars-az day.az-a istinadən bildirir ki, bu barədə Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qərib Məmmədov deyib. Onun sözlərinə görə, yeraltı dayanacağın üzərində biznes-mərkəz inşa oluna bilər. "Burada park olmayacaq. Dayanacağın neçə avtomobil üçün hesablandığı barədə məndə məlumat yoxdur".

Dayanacağın bu il istifadəyə verilməsi nəzərdə tutulmayıb.

Qara Qarayev prospektində isə yerüstü dayanacaq olacaq.

Layihəyə görə, 6-mərtəbəli dayanacağın hündürlüyü 21,3 metr, uzunu 57,6 metr, eni 41,4 metr təşkil ediləcək. İnşasına 2013-cü ilin aprelində başlanmış dayanacaq 200 avtomobil üçün nəzərdə tutulub.

http://img.milli.az/2016/02/04/404140_000.jpg

Dostlarınla paylaş


Şərhlər


Top