Nazir vəzifəsini icra edən MTN generalı veloyürüşə qatıldı

Nazir vəzifəsini icra edən MTN generalı veloyürüşə qatıldı

Nazir vəzifəsini icra edən MTN generalı veloyürüşə qatıldı

Bu gün ədliyyə işçilərinin peşə bayramı münasibəti ilə Bakıda Bayraq Meydanında veloyürüş keçirilib. Yürüşdə ədliyyə orqanlarında çalışan idman həvəskarları iştirak edib. Nazirliyin mərkəzi aparatı və Penitensiar xidmət əməkdaşlarından ibarət velosipedçilər dəstəsinin iştirak etdiyi yürüş Dövlət Bayraq Meydanından start götürüb və Heydər Əliyev Mərkəzinin qarşısında başa çatıb. Velosiped İdmanı Federasiyasının üzvləri də yürüşə qatılıblar. Cars-az xəbər verir ki, yürüşdə milli təhlükəsizlik nazirinin birinci müavini, general-leytenant Mədət Quliyev də iştirak edib.

Fotolar: Azərtac

Dostlarınla paylaş


Şərhlər


Top